Istehlakçıları aldaq və manipulasiyalaq: Marketinq üsulları necə işləyir

Müasir bazar münasibətləri şəraitində istehlakçıların seçim imkanları artırsa da, aldadılma halları da azalmır. Endirim kampaniyaları, “son şans” mesajları, şişirdilmiş reklam vədələri və məhsul haqqında natamam məlumatlar alıcıların qərarına təsir göstərən əsas amillər sırasındadır. Bəzən istehlakçılar keyfiyyət, qiymət və ya zəmanət şərtləri ilə bağlı reallıqla üzləşəndə fərqli mənzərə ortaya çıxır. Bu baxımdan alıcıların ən çox hansı məqamlarda yanıldıldığı məsələsi aktuallığını saxlayır.
Bəs, alıcılar daha çox hansı marketinq üsulları vasitəsilə aldadılır və istehlakçılar bu cür manipulyativ strategiyaları əvvəlcədən necə ayırd edə bilərlər? Bəli, bu səhifədəki məqalədə bunun haqqında danışaq.
Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanov. O, açıqlamasında qeyd edib ki, müasir bazar münasibətləri şəraitində istehlakçıların seçim imkanları artsa da, düzgün məlumatlandırma ilə yanaşı, etik olmayan satış və kommunikasiya üsullarına da rast gəlinir:
“Marketinqin əsas məqsədi alıcını aldatmaq deyil, məhsul və xidmətlər barədə doğru, şəffaf məlumat verməkdir. Lakin bəzi hallarda endirim kampaniyaları, “son şans” mesajları, şişirdilmiş reklam vədləri və natamam məlumatlar istehlakçı qərarına qeyri-sağlam təsir göstərə bilir. Nəticədə alıcı keyfiyyət, qiymət və ya zəmanət şərtləri ilə bağlı güclü gözləntiləri ilə reallıq arasında fərqlə üzləşir. Bu baxımdan məsələ marketinqin özü deyil, onun etik prinsiplərə uyğun icra olunmamasıdır.
Manipulyasiyadan yayınmaq üçün istehlakçılar aşağıdakı qaydalardan istifadə edə bilərlər:
1. Qiyməti müqayisə edək. Eyni məhsulu bir neçə platformada baxmaq lazımdır.
2. Brendin verdiyi ismarıc təcili qərar verməyə vadar edirsə daha təmkinli qərar vermək lazımdır.
3. Zəmanət, qaytarma şərtləri, əlavə ödənişlər və bütün xırda şriftləri oxumaq lazımdır.
4. Rəylərin keyfiyyətinə baxmaq lazımdır. Eyni üslubdadırsa və şübhəli nüanslar varsa qərar verməkdə tələsmək lazım deyil.
5. Alış qərarından öncə ona həqiqətən ehtiyyacınız varmı sualına rasional cavab verməyə çalışmalısınız.



