İsmayıllıda zəncirvari qəza - Ər-arvadı itirən Ümüd Vəliyev və Nərmin Vəliyev, yaralananlar var - Admenasi
Hadise

İsmayıllıda zəncirvari qəza – Ər-arvadı itirən Ümüd Vəliyev və Nərmin Vəliyev, yaralananlar var

İsmayıllıda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Azərbaycan” xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb. Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub. İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011″ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011″də olduğu halda ər-arvad olan Ümüd Vəliyev və Nərmin Vəliyeva hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü və sərnişinləri xəsarət alıb. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunadan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Bu gün səhər saatlarında İsmayıllı rayonu ərazisində baş verən qəzada ölənlərin kimliyi müəyyənləşib. “Azərbaycan” xəbər verir ki, hadisə nəticəsində “VAZ”-ın sürücüsü və sərnişini xəstəxanaya aparılmışdır. Digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.

Mənbə: https://sonxeber.az/388892/ismayillida-zencirvari-qeza-er-arvad-oldu-yaralananlar-var-video-yenilenib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button