Dunyada
İranın hava məkanı nə vaxtadək bağlı qalacaq?

İranın hava məkanı martın 3-ü, günün birinci yarısına qədər bağlı qala bilər.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer dairələrindəki mənbə bildirib.
“Son məlumatlara görə, ölkənin hava məkanı təxminən martın 3-ü ümumdünya vaxtı (UTC) ilə saat 08:30-a qədər (Bakı vaxtı ilə saat 12:30 – red.) bağlıdır”, – deyə agentliyin həmsöhbəti qeyd edib.
Bir müddət əvvəl qeyd olunmuşdu ki, Qətər, Küveyt və Bəhreynin hava məkanı da gözlənildiyi kimi Bakı vaxtı ilə saat 14:00-a kimi bağlı qalacaq. Həmçinin İraq, İsrail, Suriya və BƏƏ üzərindən uçuşlar da dayandırılıb.
Mənbə: https://sonxeber.az/389077/iranin-hava-mekani-ne-vaxtadek-bagli-qalacaq



