Dunyada
İranda qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı artıb

İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olan şagirdlərin sayı 148 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunur ki, yaralıların sayı isə 95-ə yüksəlib.
Xatırladaq ki, qızlar üçün ibtidai məktəbə hücum barədə ilk məlumat fevralın 28-də yayılmışdı.



