Dunyada
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri BƏƏ-də yerləşən ABŞ-nin “Əl-Dafra” hərbi bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
İran tərəfinin məlumatına görə, hücum nəticəsində ABŞ-nin peyk rabitə mərkəzi, eləcə də erkən xəbərdarlıq və atəşin idarə olunması üçün radiolokasiya stansiyaları vurulub.
Mənbə: https://sonxeber.az/389609/iran-bee-deki-abs-aviabazasina-pua-larla-hucum-edib



