İlki Ay tutulması Martın 3-də olacaq

Milli.Az xəbər verir ki, 3 Martda ilin ilk Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb ki, bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunacaq.
Onun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır.
Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq.
Ay tutulması üç növə bölünür: yarımkölgəli, qismən və tam tutulma.
3 Martda saat 12:44:25-də yarımkölgəli Ay tutulması, saat 13:50:00-da qismən Ay tutulması, saat 15:04:26-da tam tutulma başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək.
Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.
Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 – 1 yanvar 2029-cu ildə baş verəcək “Qanlı Ay” tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır.
Mənbə: https://sonxeber.az/388878/ilin-ilk-ay-tutulmasi-bu-tarixde-olacaq



