"Hizbullah"a məxsus "Ən-Nur" radiosədəbatının binası vuruldu - Admenasi
Dunyada

“Hizbullah”a məxsus “Ən-Nur” radiosədəbatının binası vuruldu

Beyrutda “Hizbullah” hədəflərinə hava hücumu olub.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, İsrail aviasiyası Livanın paytaxtı Beyrutun cənub hissəsində yerləşən Qobeyri və Haret Horeik bölgələrindəki “Hizbullah” hərəkatına aid obyektləri hədəfə alıb. Hərbi təyyarələr hərəkatın idarə etdiyi “Ən-Nur” radiosədabatı binasını bombalayıb.

Məlumata görə, şəhərin cənub hissəsində daha bir neçə güclü partlayış səsi qeydə alınıb. Zərbə endirilən ərazilərə dərhal yanğınsöndürən texnika və təcili tibbi yardım briqadaları çağırılıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hücumdan öncə Beyrutun cənubunda yaşayan əhaliyə hədəf alınan bölgələri tərk etmək barədə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib.

İsrail martın 2-də Livandakı “Hizbullah” mövqelərinə zərbələr endirməyə başlayıb.

Mənbə: https://sonxeber.az/389269/hizbullaha-mexsus-en-nur-radiostansiyasinin-binasi-vuruldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button