Sosial
FHN-dən zəlzələ ilə bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
“Azərbaycan Respublikası Seysmoloji Xidmət Mərkəzinin məlumata əsasən FHN -in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4,7 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3-4 bala yaxın hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat gəlib çatmayıb.”
Mənbə: https://sonxeber.az/388873/fhn-den-zelzele-ile-bagli-aciqlama



