Evinə su çəkmək istəyənlərin NƏZƏRİNƏ: Yalnız bu qayda ilə MÜMKÜNDÜR

Göyçay şəhər sakini Röyal Nəsrullayev atasından miras qalan evə su çəkməkdə çətinlik çəkdiyini bildirib. Milli.Az xəbərlər verir ki, o, uzun illərdir yaşadığı evə su çəkməyə çalışdığını, lakin bunun mümkün olmadığını qeyd edib. Nəsrullayev bildirib ki, ərazidə təxminən 2 min ev var, lakin heç birinin sənədi mövcud deyil.
“Avvəllər insanlar rahatlıqla müraciət edir, qaz, işıq və kanalizasiya xətləri çəkilirdi, vətəndaşlar bütün imkanlarla təmin olunurdu. Mən qaz və işığı artıq çəkdirmişəm, amma su xətti üçün problem yaşayıram. Evin sənədini tələb edirlər, amma onu ala bilmirəm. Kanalizasiya və su xətləri evimin qapisinin ağzında yerləşir, iki ildir sənədlərlə dolaşıram, amma heç kim işimlə maraqlanmır”, – deyə o əlavə edib.
Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, fərdi yaşayış evinə suyun çəkilməsi yalnız evin sənədi və təsdiqlənmiş layihə ilə mümkündür. 2024-cü ildən qüvvəyə minən yeni qaydalara əsasən, bu sənədlər olmadan su çəkilməsi həyata keçirilə bilməz.
Lakin, araşdırmalar zamanı məlum olub ki, problem səbəbi başqadır və Röyal Nəsrullayev bunu müsahibəsində açıqlamayıb. O, qardaşı ilə eyni mülkdə yaşayır və mülkün bölünməsi zamanı su xətti qardaşı tərəfindən kəsilib.
Mənbə: https://sonxeber.az/389611/evine-su-cekdirmek-isteyenlerin-nezerine-yalniz-bu-qayda-ile-mumkundur



