Əraqçı: "İran zərbələr nəticəsində bir neçə komandirini itirmiş ola bilər" - Admenasi
Dunyada

Əraqçı: “İran zərbələr nəticəsində bir neçə komandirini itirmiş ola bilər”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin zərbələri nəticəsində ölkənin bir neçə komandirini itirmiş ola biləcəyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Bildiyimə görə, İranın ali lideri sağdır”, – A.Əraqçı qeyd edib.

Nazirin sözlərinə görə, məhkəmə hakimiyyətinin rəhbəri, parlament sədri və bütün yüksəkvəzifəli rəsmilər sağdırlar. O əlavə edib ki, Milli Təhlükəsizlik Şurasının katibi də daxil olmaqla hamı hazırda vəzifə başındadır.

Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı “Şir nəriltisi” adlı preventiv əməliyyata başladığını açıqlayıb. Hər iki ölkə hava məkanını bağlayıb.

Sonradan ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon əməliyyatın “Epik qəzəb” adlandırıldığını bildirib.

Buna cavab olaraq İran İsrail istiqamətində onlarla ballistik raket buraxıb. İsrail Müdafiə Ordusu (SAXAL) raket buraxılışlarını təsdiqləyib, ölkə üzrə hava hücumundan müdafiə sistemləri işə salınıb.

Həmçinin İran Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını “Doğru vəd 4” adlandırıb.

Mənbə: https://sonxeber.az/388992/eraqci-iran-zerbeler-neticesinde-bir-nece-komandirini-itirmis-ola-biler

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button