ƏMƏnin Rəyasət Heyəti Ləğv Ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (ƏMƏ) Rəyasət Heyəti ləğv edəcəklər. Bu qərarın əsas səbəbi ölkədə elmi idarəetmənin yenidən formalaşdırılması və qlobal təcrübədə elmi fəaliyyətin yeni mexanizmlər üzərindən qurulmasıdır.
Sonxeber.az Sfera.az-a istinadən məlumat verir ki, dünya təcrübəsində fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.
Hazırki modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Azərbaycanda universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.
Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.
Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır.
Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Mənbə: https://sonxeber.az/388826/amea-nin-reyaset-heyeti-legv-edilir



