Dünya yanarkən Paşinyanın etdiklərinə baxın - Admenasi
Dunyada

Dünya yanarkən Paşinyanın etdiklərinə baxın

Nikol Pashinyan Gürcüstanda tədbir zamanı zərb alətində ifa edərkən görüntülənib.

Sonxeber.az xəbər verir ki, Yaxın Şərqin gərginlik içində olduğu bir dövrdə Ermənistanın baş naziri Gürcüstanda qatıldığı tədbirdə baraban çalarkən kameraya düşüb. Bu görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bəzi şərhçilər tərəfindən dövlət rəhbərinin bu qədər rahat davranışı “strateji uzaqlaşma” kimi qiymətləndirilib.

Bu arada sərhəd qonşusu olan İranın bir neçə gündür ABŞ və İsrail tərəfindən raket hücumlarının hədəfi olduğu bir vaxtda Paşinyanın Gürcüstandakı tədbirdə musiqi ifa etməsi diqqət çəkib.

Digər tərəfdən, Ermənistan baş nazirinin təxminən 30 ildir birlikdə yaşadığı həyat yoldaşı kimi tanınan Anna Hakobyan ilə yollarını ayırdığı da iddia olunur. Rəsmi nikah bağlamayan cütlüyün münasibətlərinin bitdiyi barədə xəbərlər Ermənistan ictimaiyyətində gündəm mövzusuna çevrilib.

Uzun illər birlikdə yaşayan Nikol Paşinyan və Anna Hakobyanın ayrılığı ilə bağlı rəsmi açıqlama verilməsə də, cütlüyün münasibətlərinin sona çatdığına dair iddialar ölkə mediasında geniş yer alıb

Mənbə: https://sonxeber.az/389537/dunya-yanarken-pasinyanin-etdiklerine-baxin

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button