Çində kuryoz hadisə: Ofisdə unudulan pişik sahibinə baha başa gəldi - Admenasi
Dunyada

Çində kuryoz hadisə: Ofisdə unudulan pişik sahibinə baha başa gəldi

Çinin Şanxay şəhərində qadın səhvən yoxa çıxdığını düşündüyü pişiyinin axtarışlarına 8 800 yuan (1 300 dollardan çox) pul xərcləyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sohu” nəşri məlumat verib.

Qeyd olunub ki, Şanxay sakini olan qadın pişiyi ilə rəfiqəsinin ofisinə gətirib. Bir müddət sonra o, heyvanı otaqda tapa bilməyib və onun açıq pəncərədən qaçdığını düşünüb.

Ofisin yaxınlığında apardığı axtarışlar nəticə vermədikdən sonra qadın kömək üçün peşəkar ev heyvanlarının axtarışı qrupuna müraciət edib. Əvvəlcə qadın onların hesabına 1 000 yuan köçürüb, daha sonra qalan qalan məbləği də ödəyib. Tezliklə komanda binada və ətraf ərazidə axtarışlara başlayıb.

Lakin pişiyi qadının rəfiqəsinin ofisindəki işçilər tapıblar. Bütün bu müddət ərzində pişik elə sahibinin qoyduğu yerdə olub. Çinli qadın məhkəmə yolu ilə öz pulunu geri qaytarmağa ümid edir.

Mənbə: https://sonxeber.az/388943/cinde-kuryoz-hadise-ofisde-unudulan-pisik-sahibine-baha-basa-geldi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button