Bu bölgəyə 30 sm qar yağdı - Admenasi
Sosial

Bu bölgəyə 30 sm qar yağdı

Milli.Az APA-ya istinadla bildirir ki, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.

Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur.

Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.

Mənbə: https://sonxeber.az/384264/bu-bolgeye-30-sm-qar-yagdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button