Sosial
Bakıda bu şəxslərin binaları TƏMİR OLUNACAQ

Bakı şəhərində keçmiş məcburi köçkünlərin yaşadığı binalarda cari təmir işləri görüləcək.
BAKU.WS-in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 431 179,08 manat təşkil edəcək.
Qeyd edək ki, işlər Bakı şəhəri ərazisində keçmiş məcburi köçkünlərin məskunlaşdığı yaşayış binalarını əhatə edir və əsasən dam örtüklərinin və köhnə konstruksiyaların sökülərək yenilənməsinə yönəlib.
Mənbə: https://sonxeber.az/388805/bakida-bu-sexslerin-binalari-temir-olunacaq



