Azərbaycanı "Avroviziya 2026"-da JIVA təmsil edəcək - Admenasi
Şou biznes xəbərləri

Azərbaycanı “Avroviziya 2026”-da JIVA təmsil edəcək

“Qafqazinfo” xəbər verir ki, “Avroviziya 2026” müsabiqəsində Azərbaycanı güclü vokalı və səmimi ifalarla tanınan JIVA (Cəmilə Həşimova) müğənni təmsil edəcək.

JİVA – 2003-cü ildə “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanan, 2007-ci ildə “Show Time” layihəsində iştirak edən, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olan, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edən və “Montreux Jazz Festivalı”nda səhnəyə çıxan müğənnidir. Müğənni həmçinin caz elementlərini müasir estrada ilə birləşdirən “Hazz Band” qrupunun solisti kimi fəaliyyət göstərmiş və solo olaraq karyerasını davam etdirən, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edən güclü səsli müğənnidir.

JİVA 2018-ci ildə “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib və 2025-ci ildə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin qalibi olub.

Müğənni EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində də iştirak etmişdir.

Qeyd edək ki, “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı ildə baş tutacaq.

Mənbə: https://sonxeber.az/389597/azerbaycani-avroviziya-2026da-o-temsil-edecek

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button