Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır - Admenasi
Sosial

Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar üçün təkliflər hazırlanır

Sonxeber.az xəbər verir ki, Baş nazirin müavini Samir Şərifov “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxışı zamanı biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə xüsusi işçi qrupunun fəaliyyətini açıqlayıb.

S. Şərifovun sözlərinə əsasən, biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə xüsusi işçi qrupu hələ fəaliyyət göstərir. Həmin qrupun alt strukturlarında müvafiq istiqamətlər üzrə sahibkarlıq fəaliyyətinə maneə törədən çətinliklərin aradan qaldırılması və biznes şəraitinin inkişaf etdirilməsi ilə bağlı təkliflər formalaşdırılır.

Baş nazirin müavini bu təkliflərin, bu işçi qrupun fəaliyyəti çərçivəsində vergi sahəsində də sahibkarların təkliflərinin toplanması prosesinə də start verilib. S. Şərifovun dedi: “Mövcud institusional çərçivələr hökumətin biznes mühitinin yaxşılaşdırılmasına sistemli və ardıcıl yanaşmasının aydın göstəricisidir. Bu yanaşma islahatların həm məzmun, həm də icra baxımından vahid məntiq üzərində qurulmasını təmin edir.

Bu prosesdə fiskal, vergi, sosial və maliyyə siyasətinin institusional koordinasiyası həlledici rol oynayır. Ayrı-ayrı alətlər deyil, bütöv sistem işləməlidir. Məhz bu sinxronluq iqtisadi siyasətin effektivliyini, islahatların davamlılığını və əldə olunan nəticələrin uzunmüddətli olmasını təmin edir”.

Mənbə: https://sonxeber.az/389424/azerbaycanda-biznes-muhitinin-tekmillesdirilmesi-istiqametinde-islahatlar-ucun-teklifler-hazirlanir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button