Azərbaycan manatının dövriyyə sürəti azalır - Admenasi
Sosial

Azərbaycan manatının dövriyyə sürəti azalır

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası – manatın dövriyyə sürəti 2,84 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,36 bənd, ötən il fevralın 1-nə nisbətən isə 0,42 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövriyyə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Mənbə: https://sonxeber.az/388983/azerbaycan-manatinin-dovretme-sureti-azalib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button