Dunyada
Albaniyada “TikTok”a qoyulan birillik qadağa aradan qaldırıldı

Albaniyada tətbiq edilən birillik məhdudiyyətdən sonra “TikTok” platforması yenidən istifadəyə açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Albaniya hökumətinə istinadən məlumat yayıb.
Baş nazir Edi Ramanın sözlərinə görə, platforma hökumətin tələblərinə uyğun olaraq istifadəçi təhlükəsizliyi standartlarını sərtləşdirib və bu da fəaliyyətin bərpasına imkan verib.
“TikTok”un Albaniyada bloklanması 2025-ci ilin əvvəlindı platformadakı videoların təsiri altında olan məktəbli ilə baş vermiş faciəvi hadisədən sonra tətbiq edilib.
Mənbə: https://sonxeber.az/388981/albaniyada-tiktoka-qoyulan-birillik-qadaga-aradan-qaldirildi



