Hadise
Adana reysində böyük panika: Sərnişinlər kabus dolu anlar yaşadı

Ankara-Adana reysini həyata keçirən sərnişin təyyarəsi güclü turbulensiyaya düşdüyü üçün təyyarədə qısa müddətli panika yaşanıb. Qorxu dolu anlar sərnişinlərin mobil telefon kameralarına əks olunub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı təyyarə qəfil silkələnməyə başlayıb və bu vəziyyət sərnişinlər arasında təşvişə səbəb olub.
Bəzi sərnişinlərin qışqırdığı, digərlərinin isə qorxu içində dua etdiyi anlar çəkilən videolarda aydın görünür.
Mənbə: https://sonxeber.az/389579/adana-reysinde-boyuk-panika-sernisinler-kabus-dolu-anlar-yasadi



