Abşeronda iki günlük körpə xəstəxanada öldü - Admenasi
Hadise

Abşeronda iki günlük körpə xəstəxanada öldü

Abşeron rayonunda iki günlük körpə xəstəxanada ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə martın martın 4-də axşam saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş verib. Xəstəxanada dünyaya gələn körpə iki gün sonra ölüb.

Xəstəxanadan Oxu.Az-a verilən məlumatda bildirilir ki, 1981-ci il təvəllüdlü şəxs martın 2-də saat 12:30 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.

Pasiyent dölyanı mayenin axması ilə və doğuş fəaliyyətinin başlanması fonunda, uşaqlıq boynunun 3 sm açılışı ilə şöbəyə qəbul edilib. Həmin gün hamiləliyin 36-cı həftəsində beşinci hamiləlik, üçüncü doğuş olaraq operativ üsulla vaxtından əvvəl doğuş həyata keçirilib.

Yenidoğulan körpə kişi cinsli olub, doğuş zamanı çəkisi 3 400 qram təşkil edib. Körpənin apqar göstəricisi 7/8 bal olub. Yenidoğulana ilkin olaraq respirator distress sindromu (RDS) diaqnozu təyin edilib və vəziyyətinə uyğun olaraq həkimlərin nəzarəti altında müvafiq tibbi yardım göstərilib.

Müalicə prosesi zamanı körpədə pulmonar hipertenziya və sonradan ağciyər qanaxması qeydə alınıb. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, körpənin martın 4-də saat 19:40 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Zəruri tibbi xidmətlər göstərilən zahı qadının isə vəziyyəti stabil qiymətləndirilib və 04.03.2026-cı il tarixində saat 21:30 radələrində ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində yer alan ailənin körpədən imtina etməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Mənbə: https://sonxeber.az/389499/abseronda-iki-gunluk-korpe-xestexanada-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button