ABŞ-nin Əli Xameneini qətldən öncə GİZLİ HAZIRLIQLARI

Oxu.Az-ın xəbərinə görə, ABŞ-nin Əli Xameneini qətldən öncə 9 aydır hazırlıq görürmüş.
ABŞ-nin İranın ali lideri Əli Xameneini öldürməsi ilə əməliyyata hazırlıqları 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra başlasa da, ABŞ-nin bu cəhdləri əslində 9 aydan artıq davam edib.
Fransanın “Intelligence Online” portalı məlumat verib ki, ABŞ-nin “B-2” gizli bombardmançı təyyarələrinin İran obyektlərinə hücum etdiyi “Gecəyarısı çəkic” əməliyyatından sonra ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və xüsusi xidmətləri regionun kəşfiyyat əhatə dairəsini əhəmiyyətli dərəcədə artırıblar. İlk əvvəllər onların əsas vəzifəsi dəyən ziyanın qiymətləndirilməsi olub.
Portal qeyd edir ki, ilk mərhələdə ABŞ qurumları arasında gərginlik yaranıb. ABŞ Hərb Nazirliyinin Kəşfiyyatı İdarəsindən və onun yeraltı obyektlərin analizi mərkəzindən sızıntılar Prezident Donald Trampın İranın nüvə proqramının “tamamilə məhv edilməsi”nə dair açıq bəyanatları ilə ziddiyyət təşkil edirdi.
Nəticədə ABŞ xüsusi xidmətlərinin rəhbərləri Ağ Evə sonrakı addımlar üzrə versiyalar təqdim etmək məqsədilə agent və texniki kəşfiyyatın köməyi ilə Əli Xameneinin hərəkətlərini izləmək üçün böyük resurslar ayırıblar. Bu iş İsrail xüsusi xidmət orqanları ilə sıx əlaqələndirmə şəraitində və İran hakimiyyəti tərəfindən xarici kəşfiyyat şəbəkələrinin sıxışdırılmasına baxmayaraq aparılıb. Aylarla davam edən bu səylər fevralın 28-də İran ali liderinin iqamətgahına reydlə nəticələnib.
Bundan əlavə, qətlən sonra bir qədər zaman əvvəl MKİ aktiv şəkildə psixoloji müharibə kampaniyasına başlayıblar. İdarə “X” hesabında fars dilində xüsusi videogörüntü yayımlayıb və orada potensial İran üsyançılarına ABŞ kəşfiyyatı ilə təhlükəsiz əlaqə qurmağın yolları ilə bağlı təlimatlar təklif edib.
Mənbə: https://sonxeber.az/389422/xameneinin-qetlinin-gizli-meqamlari-abs-doqquz-aydir-hazirliq-gorurmus



