ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib - Admenasi
Sosial

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianın üzrünü şərh edərək bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb.

“İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız ABŞ və İsrailin amansız hücumu sayəsində verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu, min illər ərzində İranın ilk dəfə ətraf Yaxın Şərq ölkələrinə məğlub olmasıdır”.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Müvəqqəti Rəhbərlik Şurasında martın 7-də İranın hücum etdiyi qonşu ölkələrdən üzr istədiyini deyib.

İran Prezidenti qeyd edib ki, Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib.

Mənbə: https://sonxeber.az/389619/abs-lideri-iran-qonsulari-qarsisinda-uzr-isteyib-ve-kapitulyasiya-edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button