Dunyada
500 Rusiya vətəndaşı İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün qeydiyyatdan keçib

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bildirib ki, hazırda İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün siyahıda 500 Rusiya vətəndaşı qeydiyyatdadır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
“Rusiya səfirliyi İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə çıxış üçün siyahıda artıq təxminən 500 həmvətənimiz var”, – deyə səfirlikdən bildirilib.
Diplomatik nümayəndəlik həmçinin sərhədin keçilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.



